"Salam əziz elim, obam. Mənə göstərdiyiniz diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm. Hamınızı öpürəm, bağrıma basıram".

Mia.az xəbər verir ki, bunu 125 saylı Zəngilan -Qubadlı seçki dairəsindən yenidən deputat seçilən İmamverdi İsmayılov sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, hər zamanda çıxışlarında qeyd etdiyi kimi, heç zaman elimi bölməmişəm: "Məni sevənlərə, məni sevməyənlərə. El bölünməzdir. Hər kəsə təşəkkür edirəm. Var olun, sağ olun, inamınıza, seçiminizə və dəstəyinizə görə təşəkkürümü bildirirəm. Sizlərə güvənirəm. Həmişə birlikdə, hər zaman neçə belə uğurlara".

Xatırladaq ki, İ.İsmayılovun rəqibləri - deputatlığa namizədlər Anar Əsədli, Faiq Kərimov, Afət Məhərrəmova, Emin Həsənov, Qara Məmmədov, Nazim Azadoğlu və Baxşəli Əliyev bəyanat yayaraq, seçkinin nəticələrinin ləğvi ilə yanaşı, qanunu pozanların cəzalandırılmasını istəyiblər..

Mia.az