"Əziz seçicilərim, mənə yenidən etimad göstərib, 20 saylı Nərimanov 2-ci seçki dairəsindən millət vəkili seçdiyiniz üçün öz dərin təşəkkürümü bildirirəm. Xüsusilə, ilk gündən yanımda olan, seçki prosesində mənə mənəvi dəstək verən qardaş və bacımlarıma sonsuz minnətdarlığımı çatdırıram".
Mia.az xəbər verir ki, bunu 20 saylı Nərimanov seçki dairəsindən yenidən deputat seçilmiş adil Əliyev deyib.
O bildirib ki, təbliğat dövründə sosial şəbəkələrdən və mətbuatdan böyük dəstək alıb: "İnsan üçün bundan gözəl heç nə ola bilməz. Qələbəmizin əldə olunmasından qeyd etdiyim amillər böyük rol oynadı. Məni tanıyanlar bilirlər ki, mənim üçün əsas həyat xətti-düzgünlük, mərdlik və əqidə, vətənə olan sonsuz sevgi üzərində qurulub.
Əvvəl necə millət vəkili kimi fəaliyyətım olubsa, bundan sonra da fəaliyyət davam edəcək. Fəxr edirəm ki, müstəqil, güclü və inkişaf edən Azərbaycan dövlətinin Milli Məclisinin üzvüyəm".
Mia.az.