Azərbaycan millisini türkiyəli baş məşqçi Yılmaz Vural çalışdıra bilər.
Mia.az Qol.Az-a istinadən xəbər verir ki, bu iddianı Türkiyə mətbuatı irəli sürüb. Bildirilib ki, Berti Foqtsla yolları ayırmaq qərarı verən Azərbaycan Futbol Federasiyası alman mütəxəssisin yerinə Vuralı gətirmək niyyətindədir. Öz ölkəsində indiyə kimi 23 klub çalışdıran baş məşqçi millimizdə işləməyə müsbət baxır.