“Azərbaycanda parlament seçkiləri zamanı məntəqələrdə heç bir qanun pozuntusu qeydə almadıq”.
Bunu jurnalistlərə İslam Əməkdaşlıq Təşkilatından (İƏT) olan müşahidə missiyasının üzvü Əli Əsgər Məhəmmədi mətbuat konfransında deyib.
O bildirib ki, havanın soyuq olmasına baxmayaraq, insanlar müxtəlif namizədlərə səs verməyə gəliblər: “Azərbaycanda seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyini bəyan edirik”.
Müşahidəçi həmçinin Azərbaycanın İƏT-dəki vacib rolunu qeyd edib: “Azərbaycan bizim üçün qardaş, dost ölkədir. Səsimiz sizinlədir. İƏT həmişə Azərbaycanın haqlı işini dəstəkləyir”.
Report