"Biz seçkidən əvvəl və seçki günü Bakı, Sumqayıt, Gəncə, Şəki, Qəbələ, Şamaxı, Qubada seçki məntəqələrində müşahidələr apardıq".
Bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar keçirilən mətbuat konfransında Böyük Britaniyadan olan beynəlxalq müşahidəçi Peter Duqlas Banks deyib.
O, Milli Məclisə keçirilən seçkiləri qənaətbəxş hesab edir: "Bizim ölkə ilə Azərbaycanda keçirilən seçkilər arasında fərq var. Lakin bunu müqayisə etmək ədalətsizlik olar".
Report