Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində saat 12:00-a olan məlumata görə, 207 nəfər səs verib, bu da məntəqə üzrə seçicilərin 15,02%-ı deməkdir.

Sözügedən məntəqənin seçici siyahısında 1 378 nəfərin adı var.

Seçki prosesini 90 nəfər müşahidəçi izləyir (16 nəfəri xaricidir).

29 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində isə saat 12:00-a olan məlumata görə, 257 nəfər səs verib, bu da məntəqə üzrə seçicilərin 22,04%-i deməkdir.

Bildirək ki, sözügedən məntəqənin seçici siyahısında 1 161 nəfərin adı var.

Seçki prosesini 99 nəfər, o cümlədən 37 xarici müşahidəçi izləyir.

Bundan əlavə, məntəqədə müşahidələrə 26 KİV nümayəndəsi qatılıb ki, onlardan 8-i xarici media nümayəndəsidir.

29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində saat 12:00-a olan məlumata görə, 202 nəfər səs verib, bu da məntəqə üzrə seçicilərin 15,39%-ı deməkdir.

Sözügedən məntəqənin seçici siyahısında 1 312 nəfərin adı var.

Seçki prosesini 79 nəfər müşahidəçi izləyir (16 nəfəri xaricidir).

APA