Təhsil Nazirliyi koronavirus epidemiyasına qarşı görüləcək işləri açıqlayıb.
Nazirlikdən Mia.az-a bildirilib ki, bununla bağlı sanitariya maarifləndirmə işləri həyata keçiriləcək: "Təhsil Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə birlikdə əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə bütün təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçiriləcək"