"Borussiya"nın baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə oyundan (1:2) sonra açıqlamalar verib.

O, istədikləri oyunu nümayiş etdirə bilmədiklərini deyib: "On nəfər qalmağımıza baxmayaraq yaxşı mübarizə apardıq. Bunu anladıq ki, "Napoli"ni məğlub edə bilərik. Bu gün bir çox səhvimiz oldu". 

Klopp matçın dördüncü hakimə narazılığını bildirdiyi üçün tribunaya göndərilməsinə də münasibət bildirib: "Bu, mənim səhvim idi. O an orada bir meymun kimi davrandım. Həmin gün həddimi aşdığımı söyləyə bilərəm".