Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Sərdar Səfərov BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Faktı “Report”a BŞBPİ-nin Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, S.Səfərov bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib.