Psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, bu günə qədər 615 nəfər IX və XI sinif şagirdi buraxılış imtahanlarından azad olunub.
Qərarı Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında DİM qəbul edib.
Siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://eservices.dim.gov.az/sagird/azad.aspx