Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Ma.az-a verilən məlumata görə, 1996 il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində  Çində olub: "Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-u evə buraxılacaq.

Digər xəstə isə 1994 cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, Çində təhsil alır. Bakıya yanvarın 28-də gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq müayinə dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq"..