107 saylı Qazax seçki dairəsindən namizədliyini iərli sürən jurnlaist Sevinc Kərimova virtual səsvermədə rəqiblərini böyük üstünlüklə qabaqlayıb.

Mia.az xəbər verir ki, bu gündək rayondakı kəndlərin böyük əksəriyyətinə şəxsən gedən Sevinc Kərimova görüşlərini dayanmadan davam etdirir.

O, Mia.az-a açıqlamasında bildirib ki, həm seçicilərlə kütləvi, həm də səyyar görüşlərinə mane olmaq istəyənlər olsa da, bu, onu qorxutmur: "Əksinə, bu, məndə mübarizə əzmini daha da artırır. İnanıram ki, Prezidentin islahat kursuna dəstək olacaq bu seçki şəffaf sonluqla bitəcək. O zaman qələbəmi seçicilərimlə birlikdə qeyd edəcəyik".

Xatırladaq ki, bu dairədə YAP deputat Səməd Seyidovun namizədliyini verib. .