Dəm qazından zəhərlənmələrə dair yayılan əsassız xəbərlərə aydınlıq gətirmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin çəkiliş qrupuna müsahibə verib.

“Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, o, bildirib ki, yanvar ayının əvvəlindən 29-dək olan zaman kəsiyində şöbəyə fiziki durumunda narahatlıq keçirən 100-dən çox insan müraciət edib.

Onlardan yalnız 36 nəfərdə dəm qazı zəhərlənməsi diqanozu təsdiqini tapıb. Bu insanlar müalicə tədbirləri görüldükdən sonra evə buraxılıblar:

"Bir çox hallarda isə ürək, şəkərli diabet və ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar da hamam otağında narahatlıq keçirərkən dəm qazından zəhərləndiklərini zənn ediblər. A.Maqsudovun sözlərinə görə, şöbəyə 10-12 xəstə daxil olduğu günlərin statistikası bəzi hallarda dəqiqləşdirilmədən şişirdilir".

1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin çəkiliş qrupuna müsahibəsinə dair geniş video materialı aşağıdakı “Youtube” ünvanında izləyə bilərsiniz: