Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində ölənlərin və ağır yaralananların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.