Qax rayonunda 4 yaşlı uşaq dərmandan zəhərlənib.

"Report"un şimal-qərb bürosunun məlumatına görə, rayonun Cəlayir kənd sakini, 2016-cı il təvəllüdlü İbrahimli Bəhruz Əvəz oğlu zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti orta-ağır qiymətləndirilir.