Seçkiyə bəzi rayonların icra başçılarının müdaxilə etməsi barədə xəbərlər yayılır.
Mia.az xəbər verir ki, belə məlumatlardan birini də "Olaylar" qəzetinin saytı (https://olaylar.az/news/siyaset/365873?fbclid=IwAR2womPqx90pdW4Ze8MxWFoFH2UfJvAUKiCrVksIiBegDSqH_3i1UI11Lw4) yayıb.
Sayt iddia edib ki, Zəngilan və Qubadlı rayonlarının icra başçıları seçicilərə təzyiq etməyə başlayıblar: "Belə ki onlar seçkinin taleyinin həll olunduğunu və İmamverdi İsmayılova səs verməyənlərin qohum-əqrabalarının vəzifədən azad ediləcəklərini bildirirlər. Bəzi yerlərdə digər namizədlərin şəkilləri onların tapşırığı ilə cırılır, insanlara digər namizədlərlə görüşlərə getməmələri üçün hədə-qorxu gəlirlər. Bu hərəkət prezident İlham Əliyevin islahatlar kursuna zidd olduğu üçün məsələni diqqətdə saxlayacağıq".