Bakıda keçmiş məhkumlarda narkotik vasitə aşkarlanılıb.
Mia.az DİN-ə istinadla bildirir ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi və 10-cu Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini, 1970-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Mehdi Məmmədovdan 283 qram heroin və onun həmyaşıdı olan Rövşən Əsgərovdan 325 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.