"Droqba və Sneyderi yaxşı tanıyıram. Amma onları zərəsizləşdirmək üçün əlimizdən gələni edəcəyik. Fatih Terim çox güclü baş məçqçidir. Onunla yaxşı münasibətlərimiz var. Öz tarixini yazır. Onunla problemim yoxdur. Yalnız qalib gəlməyi düşünürük".
Bu sözləri "Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyun öncəsi deyib.
Qeyd edək ki, "Qalatasaray" - "Real" matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.