Türkiyə Superliqasında son oyun günündə "Kasımpaşa"nın qonağı olan "Fənərbaxça" çətin qələbəyə sevinib.

Mia.az xəbər verir ki, iki dəfə geriyə düşməsinə rəğmən, Yanalın komandası son saniyələrdə qələbəyə sevinib. Belə ki, Vebonun 90+3-cü dəqiqədə vurduğu ikinci qol "sarı lacivərdlilər"ə qələbə qazandırıb - 3:2.