Azərbaycan Texnki Universitetində (AzTU) kadr dəyişikliyi olub.
AzTU-nun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, uzun illər universitetin kitabxanasının müdiri vəzifəsində çalışmış Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub.
Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə Narıngül Xələfovaya təşəkkür edib.
Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub.