Bakıda 3 il əvvəl əcnəbi vətəndaşa qarşı dələduzluq edən şəxs saxlanılıb.
Mia.az DİN-ə istinadla bildirir ki, Səbail Rayon Polis İdarəsinə müraciət edən əcnəbi vətəndaş B.Yetimov 2017-ci ilin yanvar ayında bir nəfərin onu aldadaraq 5100 manatını aldığını bildirib.
8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Cəfərov müəyyən edilərək saxlanılıb.