Bakı Dövlət Universitetinin prorektoru Nəbi Ramazanlı da deputatlığa namizəd kimi təsdiqlənib.
Mia.az xəbər verir ki, N.Ramazanlı 9 saylı Binəqədi 2-ci seçki dairəsindən seçki yarışına qatılıb. O, BDU-da sabiq rektor Abel Məhərrəmovun əsas kadrı kimi tanınır...
Həmin dairədən YAP deputat Kamaləddin Qafarovun namizədliyini verib. Onunla yanaşı, bu dairədən AMİP funksioneri Əli Orucov, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, BAP sədri Elşad Musayev, müsavatçı vəkil Nemət Kərimlinin də namizədliklərinin təsdiqlənməsi prorektorun seçilmə şansını minimuma endirir.
Mia.az