Nazir Ceyhun BayramovTəhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibini təsdiqləyib.

Mia.az xəbər verir ki, əmrə əsasən, nazirliyin Apellyasiya Şurası aşağıdakı tərkibdə formalaşıb:

Apellyasiya Şurasının sədri:

Firudin Qurbanov – Təhsil nazirinin müavini;

Apellyasiya Şurasının üzvləri:

Muxtar Məmmədov – Aparat rəhbəri;

Fərzəli Qədirov – Aparat rəhbərinin müavini;

Anar Cəfərov – Nazirin müşaviri, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən;

Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri;

Amil Əlili – Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini;

Bəhruz Müslümov – Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri.