Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd  ağacının kəsildiyi aşkar edilib.

“Araşdırma zamanı ağacın “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib”, - deyə İ.İbrahimova bildirib/APA.

Xatırladaq ki, bu şirkətin deputat Ağalar Vəliyevə məxsus olması haqda dövrü mətbuatda çoxsaylı təkzib edilməyən yazılar var.