Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi müsabiqələr vasitəsilə 2019-cu ildə 282 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib.

Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, onlardan 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini (192, 314, 255, 95, 274, 245, 181, 319, 117, 28, 62, 150, 169, 113, 120, 149, 121, 17, 89, 76, 280, 272, 244, 274, 182 nömrəli tam orta məktəblərə və 83, 261, 72, 220 nömrəli məktəb-liseylər), 27 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 23 nəfər psixoloq, 24 nəfər kitabxanaçı, 9 nəfər çağırışaqədərki hazırlıq rəhbəri, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 152 nəfər laborant vəzifələrinə işə qəbul olunub/Report.