"Rəvan"ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqanın 6-cı turunun "Qarabağ"la oyununu şərh edib. O, komandasının buna qədər olan ən yaxşı oyununu göstərdiyini deyib:

”Rəvan”da işləməyimə baxmayaraq, avrokuboklarda "Qarabağ”a azarkeşlik edirdim, Qurban Qurbanovu uğuru münasibəti ilə təbrik edirəm. "Qarabağ” çempionatımızın ən güclü komandalarından biridir. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə işimizə yaradı. Hər dəfə baxımlı oyun göstərmək olmur".