2020-ci ildə Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi 4 saylı Doğum Evində qeydə alınıb.

Mia.az Səhiyyə Nazirliyinə istinadla bildirir ki, saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Rəşidə Qarayeva qız uşağı dünyaya gətirib: "Körpənin çəkisi 2,7 kq, boyu 50 sm-dir".