Gürcüstanda qrip virusu yayılmaqda davam edir. Artıq iki nəfər Gürcüstanda H1N1 virusundan (donuz qripi) dünyasını dəyişib.
Mia.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.
Həmin iki nəfərin ölümünə məhz H1N1 virusunun səbəb olduğu laborator yoxlamalarla təsdiq olunub.