Xəzəryanı dövlətlər nərə balıqlarının sənaye ovuna moratoriumun uzadılmasına dair razılıq verib.

Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin verdiyi məlumata görə, qərar 23-25 dekabr 2019-cu il tarixdə Tehranda keçirilən Xəzər dənizinin bioloji ehtiyatlarının qoruması, rasional istifadəsi Komissiyasının üçüncü iclasının protokolunda əksini tapıb.

İclasda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətləri iştirak edib/APA.