Prokurorluq orqanlarında yeni təyinatlar olub.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün facebook səhifəsidə yazıb.
Bildirib ki, Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyev Şəki, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyev isə Siyəzən rayon prokuroru vəzifələrinə təyin ediliblər.