Azərbaycan voleyboluna itki baş verib.
Azərbaycan Voleybol Federasiyasının Respublika dərəcəli hakimi Yeganə Əbülfət qızı Hüseynova dünyasını dəyişib. 38 yaşlı referi qəflətən vəfat edib.
Azərbaycan Voleybol Federasiyası və Hakimlər Kollegiyası Yeganə Əbülfət qızı Hüseynovanın vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə Allahdan rəhmət diləyir.
Allah rəhmət eləsin