Azərbaycanda yenə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a verilən məlumata görə. yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:49-da Qobustan stansiyasından 36 km cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb.
Maqnitudası 3.5, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, dünən saat 17.00-da da Hacıqabulda 3.5 bal gücündə zəlzələ olub.