Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin, qoşun qisimlərinin və əlahiddə bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin, eləcə də psixoloqların təlim-metodiki toplantısı keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki,  tədbirdə əvvəlcə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edib.

Toplantıda həmçinin bir çox xidməti mövzular ətrafında da fikir mübadiləsi aparılıb, bələdiyyə və parlament seçkilərinin təşkili və keçirilməsi məsələlərindən danışılıb, 2020-ci ildə Azərbaycan Ordusunda ideoloji işin prioritet istiqamətləri və mənəvi-psixoloji təminatın təşkilinə dair müvafiq tapşırıqlar verilib.

Sonra 2019-cu tədris ili ərzində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.