Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar idarəsinə rəis təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Fizuli Allahverdiyev rəis təyin təyin edilib.

F.Allahverdiyev DİN Baş Kadrlar idarəsində müxtəlif vəzifələrdə çalışıb. O, bu sahədə çalışan peşəkar kadrlardan hesab olunur.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a faktı təsdiqləyib.