Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Azər Məmmədov təyin edilib.
V.Eyvazovun digər əmri ilə polis mayoru Fərrux Bektaşi Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub/Report.
Mia.az-ın əldə etdiyi məlumata görə, nazir Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə də rəis təyin edib.
Məlumata görə, bu vəzifəyə polis polkovnik-leytenantı Tural Məşədiyev təyin edilib.
Mia.az