Suraxanının yeni icra başçısı Əziz Əzizovun hərəkətləri sosial şəbəkədə ciddi müzakirəyə səbəb olub.
Mia.az xəbər verir ki, icra başçısı çiskinli havada rayon ərazisində gəzişərkən İcra Hakimiyyətinin işçilərindən biri onun başının üstündə çətir tutub.
Bu fakt onun rayondakı şəhid baralyefinin önündə dayanarkən obyektivə alınıb.
Sosial şəbəkə istifadəçiləri bu faktı tənqid ediblər.
Hətta yağışlı havada Sumqayıta son səfərində Prezidentin çətiri özünün tutduğunu xatırladanlar da olub: "Deyəsən, bu başçı özünü əlahiddə sayır".
MİA.AZ