Şəmkirdə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, dekabrın 14-də saat 7 radələrində Şəmkir şəhəri ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Telman Şıxməmmədov vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Əliyaqublu kənd sakini İ.Mustafayev saxlanılıb.