İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə zamanı "Mercedes" markalı avtomobildə 2 bacı - Xocavənd rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Kəmalə Vaqif qızı Zamanova və 1976-cı il təvəllüdlü Aynur Vaqif qızı Cəfərova xəsarət alıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, hadisə İmişli-Qaravəlli-Mirili avtomobil yolunun rayonun Bəcirəvan kəndindən keçən hissəsində qeydə alınıb/Report.