Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində qapı-pəncərə sexinə basqın olub.

"Report” xəbər verir ki, 3 naməlum şəxs sexdə işləyən Anar Hüseynovu zorla avtomobilə mindirərək onu Suraxanı rayonuna aparıblar.

 Naməlum kişilər orada onu döyərək 4 min manat pulunu və mobil telefonunu əlindən alıblar.

Hadisəni törədən şəxslər axtarılır.