Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.
Mia.az xəbər verir ki, o, doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.
Mərhumla vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.
Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.