Səhiyyə Nazirliyi bu ilin oktyabr və noyabr aylarında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı üzrə qrafikanı açıqlayıb.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, təyinat və iş yerlərinə göndərişlər dekabr 10-13-də aşağıdakı cədvəl üzrə keçiriləcək.
Müraciət edən şəxslər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər:
10 dekabr 2019-cu il, saat 10:00
Anesteziologiya-reanimatologiya
Ümumi cərrahiyyə
Otorinolarinqologiya
Travmatologiya-ortopediya
Yoluxucu xəstəliklər
Revmatologiya
11 dekabr 2019-cu il, saat 10:00
Onkologiya
Oftalmologiya
Mamalıq-ginekologiya
Psixiatriya
Terapiya
12 dekabr 2019-cu il, saat 10:00
Neyrocərrahiyyə
Uşaq cərrahiyyəsi
Kardiologiya
Nefrologiya
Qastroenterologiya
Hematologiya
Dermatovenerologiya
Allerqologiya
Endokrinologiya
Narkologiya
Ftiziatriya
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
Pediatriya
13 dekabr 2019-cu il, saat 10:00
Şüa diaqnostikası
Üz-çənə cərrahiyyəsi
Sosial gigiyena və səhiyyənin təşkili
Mikrobiologiya
Laboratoriya işi
Urologiya
Nevrologiya