Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 18 nəfərə çatıb.
Bu barədə RİA "Novosti" məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 15 nəfər ölüb.
Hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb. Hadisə zamanı avtobusda 43 nəfər olub/Report.
.