Lənkəranda keçmiş məhkum mağazada quldurluq edib.

Mia.az DİN-ə istinadla bildirir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 25-də rayon sakini E.Məmmədlini bıçaqla hədələyib işlədiyi mağazadan quldurluq yolu ilə 350 manat aparmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.