"Tanınmış saytların birindən Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimlə bağlı mövqeyim soruşuldu. Bəli, mən də bu günkü mötəbər tədbirə dəvətli idim".
"Məndən başqa Şuranın 10 üzvü tədbirə buraxıldı..." - Etibar Əliyevi BDU-nun yubiley tədbirinə kim buraxmayıb?
Mia.az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, tanınmış ekspert Etibar Əliyev deyib.
O bildirib ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərini nazirlik həmin mərasimə dəvət edib: "Lakin məndən başqa Şuranın 10 üzvü tədbirə buraxıldı. Adım Mərkəzin kompüterindən çıxmadı. Buna baxmayaraq bitirdiyim Universiteti 100 yaşının tamam olması münasibətilə təbrik edirəm".
Ekspert daha sonra BDU rəhbərliyinə replika atıb: "Universitetimizdən xahişim odur ki, üzürlü səbəblərdən məzunlarının bir qisminin ona lazımı dəstək dura bilməməsini bağışlasın".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:42
2026-04-07 17:26
2026-04-07 13:14
2026-04-07 12:52
2026-04-07 12:25
2026-04-07 12:09