İstanbul Baş Prokurorluğunun terror və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi FETO terror təşkilatına üzv olan hərbçilərin saxlanılması istiqamətində əməliyyatları davam etdirirlər.
Mia.az TRT-yə istinadla xəbər verir ki, bu məqsədlə Türkiyənin 17 şəhərində eyni zamanda keçirilən əməliyyatlar nəticəsində daha 91 nəfər saxlanılıb.
Saxlanılanlar arasında yüksək rütbəli zabitlərin və din xadimlərinin də olduğu bildirilir.