Sabirabad rayonunda avtomobillə qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
Mia.az DİN-ə istinadla bildirir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Ə.Zülfüqarovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "VAZ-21074” markalı avtomobilin sürücüsü, Qaralar kənd sakini A.Talıbov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.