Qubada keçmiş məhkum avtomobil oğurlayıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Quba Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Ə.Məmmədov noyabrın 19-da saat 8 radələrində evinin qarşısından "VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş B.Bağırov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.