Noyabrın 18-də Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb.
FHN-dən verilən məlumata görə, İ. Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırlaadq ki, İlqar Şərifov "AzGerneft”in əməkdaşı idi. O, bir neçə gün əvvəl balıq tutarkən dənizə düşərək boğulmuşdu.
Mia.az