Gəncə şəhərində iki maşının toqquşması nəticəsidə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Məlumata görə, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində yüksək sürətlə hərəkətdə olan "Mazda" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb.
Hadisə zamanı Şəmkir rayon sakini, 1991-ci il təvəllüdlü Sənan Səyyad oğlu Qurbanov ölüb, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan biri sərnişin 1993-cü il təvəllüdlü Fərid Rasim oğlu Əliyevdir. Digər iki nəfərin adı isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır/Report.