Noyabrın 8-də Ucar rayonunun Məlikballı kənd sakini K.Daşdıyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Ucar RPŞ-yə məlumat daxil olub.
Mia.az DİN-ə istinadla bildirir ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla naməlum şəxsin K.Daşdıyevə bıçaqla xəsarət yetirib mobil telefonunu alması müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bağman kənd sakini R.Orucov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar başlanmış cinayət işi Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinə tövsif edilib.